“XARIBÜLBÜL” BEYNƏLXALQ FOLKLOR FESTİVALI

FESTİVAL HAQQINDA

Festivalın keçirildiyi məkan kimi Şuşa şəhərinin seçilməsi heç də təsadüfi deyil. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir. 

Xarıbülbül Beynəlxalq Folklor Festivalı

Festivalın missiyası:


Milli mədəni ənənələri canlandırmaq və qorumaq;

Müxtəlif xalqların yaşayıb yaratdığı Azərbaycanın multikultural mühitini nümayiş etdirmək;


ənənəvi və müasir musiqi janrlarını bir araya gətirməklə Istedadların aşkarlandığı, peşəkar təcrübənin paylaşıldığı, yeni bədii dəyərlərin meydana çıxdığı yaradıcı bir mühit formalaşdırmaq;

Azərbaycan mədəniyyətinin mərkəzi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildikdən sonra dünya mədəniyyətinə töhfəsini təşviq etmək məqsədilə Şuşanı beynəlxalq mədəni dialoq məkanına çevirmək.