Əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli Xan tərəfindən qoyulmuş Şuşa Azərbaycanın qərbində yerləşən bir şəhərdir və mədəniyyətin, musiqinin və ədəbiyyatın tarixi mərkəzi hesab olunur. Şuşa Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Üzeyir Hacıbəyov, Rəşid Behbudov, Niyazi və Fikrət Əmirov kimi bəstəkarlar və musiqiçilərinə görə “Azərbaycan musiqisinin beşiyi”
və “Qafqazın konservatoriyası” kimi tanınır.
Şəhər özəlliklə öz muğam ənənələrinə görə məşhurdur.
Şuşada çoxsaylı tarixi abidələr var. Burada görkəmli alimlər, ziyalılar və mədəniyyət xadimləri anadan olub.
Tarixən Şuşa mədəniiyyət və ticarət mərkəzi olub və Şərqin və Avropanın bir çox ölkələri ilə ticarət əlaqələri olub.
Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən Şuşa həmçinin öz təbiətinin gözəlliyi ilə seçilir. Zəngin flora və faunası olan Şuşa əsrarəngiz dağ yolları və şəlalələri ilə göz oxşayır.
Şəfalı bulaqları ilə məşhur olan Şuşa Sovet İttifaqı dövründə regionda çoxsaylı turistləri qəbul edən şəhər olub.
Meşələrlə və səfalı yerlərlə əhatələnmiş Cıdır Düzü Şuşanın cənub hissəsindədir, uzun illər at yarışları, festivallar və digər idman tədbirlərinə ev sahibliyi edib. Məhz bu səbəbdən Xarıbülbül Festivalının 1-ci səhnəsi Cıdır Düzündə yerləşir.
Şuşada hava
May ayında Şuşada orta temperatur 24 dərəcə ilə 11 dərəcə arasında tərəddüd edir. Həmin vaxt adətən mülayim sərin hava olur. Dağlıq ərazi olduğu üçün hava yağışlı və dumanlı ola bilər. Buna görə də, bir çox insanlar nisbətən qalın paltar geyinir.
May ayında Şuşada gündüz saatları 14,3-dür. Günəş saat 05:39-da çıxır və 19:59-batır.